Yuxarı
    Bağlamaq

    Vitali Mutko futbol üzrə Rusiya yığmasının Türkiyədə yoldaşlıq oyunu keçirəcəyini təsdiqləyib

    RFİ rəhbəri: Məncə, gedəcəyik

    Bakı. 5 avqust. REPORT.AZ/ Futbol üzrə Rusiya yığma komandası yoldaşlıq oyunu üçün Türkiyəyə gedəcək.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib.

    "Türkiyə milli komandasının növbəti oyunu Xorvatiya yığmasına qarşıdır. Onlar bizdən Türkiyəyə getməyimizi xahiş edir və məncə, gedəcəyik", - deyə V.Mutko jurnalistlərə açıqlamasında bildirib.

    Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-i Türkiyə və Rusiya yığmalarının avqustun 31-də Türkiyənin Antalya şəhərində yoldaşlıq oyununda qarşılaşacağını xəbər vermişdi. Bu görüşün keçirilməsi Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi