Vitali Mutko dünya çempionatının Təşkilat Komitəsinin sədri vəzifəsini də tərk edib

Vitali Mutko dünya çempionatının Təşkilat Komitəsinin sədri vəzifəsini də tərk edib Onu Aleksey Sorokin əvəzləyib
Futbol
27 Dekabr , 2017 17:45
Vitali Mutko dünya çempionatının Təşkilat Komitəsinin sədri vəzifəsini də tərk edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Vitali Mutko 2018-ci il dünya çempionatının Təşkilat Komitəsinin sədri vəzifəsini də tərk edib.

"Report"un məlumatına görə, bu barədə V.Mutkonun özü açıqlama verib.

59 yaşlı funksioner bildirib ki, onu Aleksey Sorokin əvəzləyib. A.Sorokin daha əvvəl Təşkilat Komitəsinin baş direktoru olub. Bunadək Rusiya Futbol İttifaqının (RFS) prezidenti vəzifəsindəki fəaliyyətini də dayandıran V.Mutko bütün diqqətini hökumətdəki işinə yönəldəcəyini vurğulayıb.

Qeyd edək ki, "Rusiya-2018" Təşkilat Komitəsini 2011-ci ilin yanvarında yerli hökumət və RFS təsis edib. Vitali Mutko Olimpiya Oyunlarında iştirakdan da məhrum olunub. Beynəlxalq Olimpiya Komitəsinin Komissiyası 2014-cü il Soçi olimpiadasında rusiyalı idmançıların dopinq-testlərinin məqsədli manipulyasiyasının həyata keçirildiyini açıqlayıb. V.Mutko həmin vaxt Rusiyanın idman naziri olub. 

Son xəbərlər

Orphus sistemi