Yuxarı

Vircil van Dayk Kriştianu Ronaldunun ünvanına səsləndirdiyi ifadəyə aydınlıq gətirib

Vircil van Dayk Kriştianu Ronaldunun ünvanına səsləndirdiyi ifadəyə aydınlıq gətirib

“Qızıl top” mükafatına namizəd olmuş hollandiyalı futbolçu Vircil van Dayk portuqaliyalı Kriştianu Ronaldunun ünvanına səsləndirdiyi ifadəyə aydınlıq gətirib.

“Report” xəbər verir ki, İngiltərənin “Liverpul” komandasının mərkəz müdafiəçisi mükafatlandırmadan əvvəl müxbirin “Ronaldu mərasimə gəlmir. Bu, o deməkdirmi ki, rəqibinizin biri azaldı?” sualına belə cavab verib: “Məgər o, rəqib idi?”

Britaniyalı jurnalist Pirs Morqan “Twitter” hesabında 28 yaşlı müdafiəçinin sözlərini “Yox... Kriştianu daha yaxşıdır, sən onun liqasında deyilsən” formasında şərh edib. Van Dayk isə ona bu cür reaksiya verib: “Salam, Pirs. Siz sosial şəbəkələrdəki səs-küyə uymayıb, bütün müsahibəmi dinləsəydiniz, zarafat etdiyimi bilərdiniz. Messi və Ronaldoya hörmətlə yanaşıram”.

Qeyd edək ki, “Qızıl top” mükafatını 6-cı dəfə Argentina millisinin və İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi