Vinçentso Fyorillo "Qarabağ"dan aldığı təklifə cavab verib

Vinçentso Fyorillo "Qarabağ"dan aldığı təklifə cavab verib Bakı. 23 iyun. REPORT.AZ/ İtaliyanın Peskara klubunun qapıçısı Vinçentso Fyorillo Qarabağdan aldığı təklifə cavab verib.
Futbol
23 İyun , 2018 10:21
Vinçentso Fyorillo Qarabağdan aldığı təklifə cavab verib

Bakı. 23 iyun. REPORT.AZ/ İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçentso Fyorillo "Qarabağ"dan aldığı təklifə cavab verib.

"Report"un məlumatına görə, bu barədə 28 yaşlı qolkiper şəxsi "Instagram"ında bildirib.

O deyib ki, hazırda yalnız iki arzusu var: "Bu forma ilə 4 ilədək vuruşmuşam. Alqışlar və tənqidlər eşitmişəm. Final matçında son anda uduzmuşuq, çempionatın qalibi olmuşuq, bəzi epizodlarda baş qəhrəman rolunda olmuşam, bəzilərində axmaq səhvə yol vermişəm. Lakin mən hər zaman geyindiyim formaya çox hörmət etmişəm. İndiyədək bir neçə vacib açıqlama vermişəm. Fikirləşməsinlər ki, ağzıma hava gəlsin deyə danışıram. Hazırda mənim bir, daha dəqiqi, iki hədəf və arzum var: Bu forma ilə A Seriyasına qayıtmaq və heç nəyə baxmadan əvvəldən sonadək oynamaq. Bəlkə nə vaxtsa komandanın kapitanı da olmaq!

"Fiorello "Qarabağ"a minnətdarlıq etməyi də unutmayıb: "Məni bütün gücü ilə inandırmağa çalışan "Qarabağ"a isə təşəkkürümü bildirirəm. Lakin fikrimcə, pul hələ hər şey demək deyil".

Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Vintçentso Fiorellodan ötrü "Peskara"ya 600 min avro təklif etdiyini yazıb. 

Son xəbərlər

Orphus sistemi