Baş məşqçi Andre ​Villaş-Boaş "Zenit"i tərk edir

Baş məşqçi Andre ​Villaş-Boaş "Zenit"i tərk edir Portuqaliyalı mütəxəssis mövsümün sonunda komandadan gedəcək
Futbol
10 Sentyabr , 2015 14:07
Baş məşqçi Andre ​Villaş-Boaş Zeniti tərk edir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiyanın "Zenit" klubunun baş məşqçisi Andre Villaş-Boaş cari mövsümün sonunda komandanı tərk edəcək. "Report"un məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis Rusiya Premyer Liqasının VIII turunda keçiriləcək MOİK-lə oyundan öncə keçirilən mətbuat konfransında açıqlama verib.

O bildirib ki, müqavilə müddətini artırmaq barəsində klubdan təklif gəlib, lakin bunu qəbul etməyib: "Mövsümün sonunda klubu tərk edəcəyəm. İndi isə Çempionlar Liqasında uğurlu çıxış etmək lazımdır. Heyət olduqca məhduddur. Biz istədiyimiz hər kəsi almamışıq. Buna baxmayaraq, qrupdan çıxmağa çalışacağıq".

37 yaşlı mütəxəssis ötən ilin yazında "Zenit"in baş məşqçisi təyin olunub və bu postda italiyalı Luçano Spallettini əvəzləyib. Villaş-Boaşın rəhbərliyi altında komanda ötən mövsüm Rusiya çempionluğu və ölkə Super Kubokunu qazanıb. O, "Zenit"ə gələnə qədər Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi" və "Tottenhem" klublarında işləyib.

Qeyd edək ki, "Zenit" hazırda Premyer Liqada 7 oyundan sonra 15 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider MOİK-dən 6 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi