Yuxarı
    Bağlamaq

    ​Viktor Mendi: "Bürünc medal özü gələcək"

    Əsas olan qələbə seriyasını davam etdirmək və oyunumuzu yaxşılaşdırmaqdır

    Bakı. 18 aprel. REPORT.AZ/ "Qəbələ" komandasının futbolçusu Viktor Mendi "Neftçi" ilə keçirilən qaşrılaşmadan sonra oyun haqda fikirlərini jurnalistlərlə bölüşüb. "Report"un məlumatına görə, seneqallı futbolçu ardıcıl qələbələr qazandıqlarını xatırladaraq bu matçda zəif çıxış etdiklərini deyib:

    "Ardıcıl qələbələrin davamı gəlir. Bu dəfə zəif oynadıq, çünki müdafiəyə daha çox diqqət yetirdik, əks-hücumlara bel bağladıq. Sürətli hücumlar zamanı yaxaladığımız imkanlardan da düzgün istifadə etdik. Fikrimizi bürünc medal iddiasına yönəltmək istəmirəm. Əsas olan qələbə seriyasını davam etdirmək və oyunumuzu yaxşılaşdırmaqdır. Belə olan halda, bürünc medal özü gələcək".
    "Neftçi" ilə qarşılaşmanın derbi adlandığını deyən hücumçu "Bakcel Arena"da iki güclü komandanın qarşılaşdığını bildirib. Onun sözlərinə görə, "Qəbələ" ölkənin ən yaxşı komandalarından birinə qarşı mübarizə apardığı üçün meydanda güzəşt yox idi.
    34 yaşlı futbolçu Avropa Liqasına vəsiqə qazanmaqdan da söz açıb. Yuri Syominin gedişindən sonra Avroliqada məğlubiyyətlə üzləşdiklərini xatırladan Mendi məsələni belə açıqlayıb: "Syominin gedişindən sonra yayda bizə yeni futbolçular gəlmişdi. Yenilərlə birgə çıxış etmək, bir-birini anlamaq çətin idi. Bu da nəticədə öz əksini tapdı. Bu dəfə isə situasiya fərqlidir. Fikrimizi hələlik çempionata yönəltmişik. İndidən Avropa Liqasında necə oynayacağımız haqda düşünsək, çətin olar."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi