Vidal zədə səbəbindən mövsümün sonunadək sıradan çıxıb

Vidal zədə səbəbindən mövsümün sonunadək sıradan çıxıb Yarımmüdafiəçi dizini zədələyib
Futbol
18 Aprel , 2018 06:45
Vidal zədə səbəbindən mövsümün sonunadək sıradan çıxıb

Bakı. 18 aprel. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun çilili yarımmüdafiəçisi Arturo Vidal dizindən aldığı zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.

“Report” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Belə olan halda çilili xavbek Çempionlar Liqasının "Real"a qarşı keçiriləcək hər iki yarımfinal matçını buraxacaq.

Çərşənbə axşamı futbolçu uğurla əməliyyat olunub və tezliklə bərpa prosesinə başlayacaq.

Son xəbərlər

Orphus sistemi