"Verder" "Borussiya"nı Almaniya Kubokundan kənarlaşdırıb

"Verder" "Borussiya"nı Almaniya Kubokundan kənarlaşdırıb Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Almaniya Kubokunun 1/8 final matçında Dortmund Borussiyası öz meydanında Bremen Verderini qəbul edib.
Futbol
6 Fevral , 2019 06:30
Verder Borussiyanı Almaniya Kubokundan kənarlaşdırıb

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Almaniya Kubokunun 1/8 final matçında Dortmund "Borussiya"sı öz meydanında Bremen "Verder"ini qəbul edib.

“Report” xəbər verir ki, "Siqnal İduna Park" stadionunda baş tutan görüş penaltilər seriyasında qonaqların qələbəsi ilə yekunlaşıb — 1:1 (əlavə olunmuş hissələr - 2:2, penallaşma - 4:2).

1/8 final mərhələsinin paralel keçən qarşılaşmasında "Paderborn 07" "Duysburq"u məğlub edib. Komandaların görüşü 3:1 hesabı ilə "Paderborn 07" komandasının xeyrinə başa çatıb.

Almaniya Kuboku. 1/8 final

"Borussiya D" – "Verder" - 3:3 (2:4)

Qollar: 0:1 – Raşitsa – 5, 1:1 – Roys – 45+3, 2:1 – Pulişiç – 105, 2:2 – Pisarro – 108, 3:2 – Hakimi – 113, 3:3 – Harnik – 119

"Duysburq" - "Paderborn 07" - 1:3

Qollar: 1:0 – Kauli – 47, 1:1 – Tekpetey – 52, 1:2 – Pryoger – 61, 1:3 – Antvi-Adcey – 76

Son xəbərlər

Orphus sistemi