Yuxarı

Venesuelada futbol klubunun avtobusuna silahlı hücum olub

Qarətçilər futbolçuları 2 saatdan çox saxlayıblar

Bakı. 20 sentyabr. REPORT.AZ/ Venesuelanın "Truxilyanos" futbol klubunun avtobusu qarət məqsədi ilə silahlı şəxslərin hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

İnsident bazar ertəsi Boka de Uçire şəhəri ərazisində, komanda "Manqas"la ölkə çempionatı oyununa gedərkən baş verib. Altı silahlı kişi avtobusu dayandıraraq bir neçə km. onunla gedib və bütün qiymətli əşyaları – idman ləvazimatları, formaları, videokameralar, noutbuklar və s. özləri ilə götürüblər.

Qarətçilər futbolçları 2 saatdan çox saxlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi