Yuxarı

Venesuela prezidenti Maradona ilə futbol oynayıb

Venesuela prezidenti Maradona ilə futbol oynayıb
Maduro Maradonaya futbolçunun Uqo Çaveslə fotosunu hədiyyə edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro Karakasda əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona ilə futbol oynayıb.

“Report” xəbər verir ki, bu barədə "Noticiero Digital" məlumat yayıb.

Ölkə başçısı və futbolçunun görüşü çərçivəsində uşaqlar üçün ustad dərsi təşkil olunub.

Tədbirin sonunda Maduro Maradonaya futbolçunun Venesuelanın sabiq prezidenti Uqo Çaveslə birgə çəkilmiş fotosunu hədiyyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi