​Vəli Qasımov: "Prosineçki bizi təəccübləndirdi"

​Vəli Qasımov: "Prosineçki bizi təəccübləndirdi" "Neftçi" rəsmisi Azərbaycan yığmasının baş məşqçisi ilə görüşdən danışıb
Futbol
29 Aprel , 2015 14:55
​Vəli Qasımov: Prosineçki bizi təəccübləndirdi

Bakı. 29 aprel. REPORT.AZ/ "Robert Prosineçki ilə görüş təşəbbüsü biz tərəfdən oldu. Amma onun özü də bizimlə danışmaq, futbolçular barədə məlumat almaq istəyirdi". Bunu "Report"a açıqlamasında "Neftçi" futbol klubunun idman direktoru Vəli Qasımov deyib.

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bugünkü görüşdən danışan V.Qasımov müzakirə olunan mövzulara toxunub. O, baş məşqçi Arif Əsədov və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüş zamanı "Neftçi"nin futbolçularının milliyə dəvət olunmaması haqda xorvatiyalı baş məşqçi ilə söhbətin aparıldığını deyib. Ötənlərin tanınmış futbolçusu bildirib ki, paytaxt komandasının oyunçuları hələ istənilən formada deyillər: "Amma son oyunlar göstərir ki, milliyə layiq səviyyəyə çatmaqdadırlar. Prosineçki görüşdə dedi ki, onun üçün futbolçunun hansı komandada oynamasının fərqi yoxdur. Kim yaxşı formadadırsa, o da milliyə dəvət olunacaq".

V.Qasımov deyib ki, görüş öncəsi millinin baş məşqçisinin "Neftçi" barədə bəzi məsələlərdən xəbərsiz olduğunu düşünüblər. Amma onun sözlərinə görə, görüş zamanı xorvatiyalı mütəxəssisin flaqmanla bağlı hər şeydən məlumatlı olduğu üzə çıxıb. Bu isə klub rəsmilərini yaxşı mənada təəccübləndirib: "Prosineçki kimi milliyə dəvət etməyin lazım olduğunu yaxşı bilir".

Qeyd edək ki, Vəli Qasımovla Robert Prosineçki vaxtilə İspaniya çempionatında çıxış ediblər. Hətta V.Qasımov "Betis"də ikən "Real Madrid"lə matçda R.Prosineçkiyə qarşı oynayıb. 

Son xəbərlər

Orphus sistemi