​Vəli Qasımov: "Şkendiya" ilə oyunda "Neftçi”nin favorit olduğu deyilir" - MÜSAHİBƏ

​Vəli Qasımov: "Şkendiya" ilə oyunda "Neftçi”nin favorit olduğu deyilir" - MÜSAHİBƏ "Bunu niyə dediklərini anlamıram. Məncə, şanslar 50-50-dir"
Futbol
21 İyul , 2016 04:26
​Vəli Qasımov: Şkendiya ilə oyunda Neftçi”nin favorit olduğu deyilir - MÜSAHİBƏ

Skopye. 21 iyul. REPORT.AZ/ "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Makedoniyada "Şkendiya" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirib.

"Report"un Skopyeyə ezam olunan əməkdaşının verdiyi məlumata görə, Qasımov əvvəlcə heyətdəki problemlərdən şikayətlənib, daha sonra isə sualları cavablandırıb.

- Komandada çatışmazlıqlar çoxdur. Əsasən də hücumçu məsələsi var. Çalışırdıq ki, hücumçu transfer edərək məsələni yoluna qoyaq, amma alınmadı. Heyətimizdə gənc oyunçular var. Ümumilikdə isə komandamızın heyəti çox məhduddur.

Avropa Liqasındakı son 3 oyunda "Neftçi”nin oyunçularının fiziki cəhətdan sonadək dözmədiklərini görürdük. Bununla bağlı nə tədbir görmüsüz?

- Bu fikirlə razı deyiləm. "Şkendiya” ilə oyunun ikinci hissəsində də komanda fiziki cəhətdən yaxşı təsir bağışladı. Bu gün bütün futbolçular əla formada olmasa da, verilən tapşırıqların öhdəsindən gəlməyə çalışırlar.

Birinci oyundan sonra "Şkendiya”nın zəif yerlərinin olduğunu demişdiz. Bununla bağlı hər hansı plan hazırlamısınızmı?

- Onların müdafiə xətti hücum xətti kimi güclü deyil. "Şkendiya"nın hücum xətti Avropa səviyyəli ouyunçulardan ibarətdir. Biz çalışacağıq ki, onların zəif yerlərindən istifadə edək. Öz oyunumuzu göstərməyə çalışacağıq. Oyunçularımızdan çox şey asılıdır. Sonadək mübarizə aparsaq burda istədiyimiz nəticəni qazana bilərik.

"Şkendiya"nın baş mışqçisi çox ehtiyatlı danışırdı. "Neftçi” sabah da oyunu müdafiədən quracaq?

- Mösümün axırında biz bir çox oyunu 5 müdafiəçi ilə oynadıq. Çünki ayrı oyunçumuz da yox idi və belə oynamaq asan idi. Amma sabah 5 müdafiəçi ilə oynayacağımızı düşünmürəm.

Siz şansları necə dəyərləndirirsiniz?

- Mətbuatı oxuyanda görürəm ki, "Neftçi”nin favorit olduğu deyilir. Bunu niyə dediklərini anlamıram. Məncə, şanslar 50-50-dir.

Komandanızın sabahkı oyun üçün heyətini müəyyənləşdirmisinizmi?

- Demək olar ki, müəyyənləşib və ilk oyunla müqayisədə az dəyişiklik olacaq.

Son oyunlarda Rəhman Hacıyev qapıçı ilə təkbətək qalarkən əlverişli mövqedə olan yoldaşına ötürmə vermədi. Rəhmanın oyunu ilə bağlı nə deyə bilərsiniz?

- Rəhman özünü hücumda çox yaxşı göstərir. O öz mövqeyində ən yaxşılardandır.

Son xəbərlər

Orphus sistemi