Vəli Qasımov: "Xarici klubla danışıqlar aparıram" - MÜSAHİBƏ

Vəli Qasımov: "Xarici klubla danışıqlar aparıram" - MÜSAHİBƏ "Mən olsaydım, "Neftçi" 0:8 hesabı ilə uduzmazdı"
Futbol
16 Sentyabr , 2016 15:36
Vəli Qasımov: Xarici klubla danışıqlar aparıram - MÜSAHİBƏ

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun sabiq baş məşqçisi Vəli Qasımovun "Report"a müsahibəsi

- Səhhətiniz necədir, özünüzü necə hiss edirsiniz?

- İndi yaxşıyam. Ev şəraitində müalicəmi davam etdirirəm. Demək olar ki, indi hər şey qaydasındadır.

- Xaricə yollanacağınız haqda məlumatlar yayılıb. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

- Bəli, belə bir söhbət var. Amma bu, aldığım təkliflərlə bağlıdır. Hazırda adını açıqlamaq istəmədiyim klubla danışıqlar aparılır. Müsbət nəticələnsə, işləmək üçün gedəcəm.

- Bu iş futbol sahəsində olacaq, yoxsa fərqli peşədir?

- Mən futbol adamıyam, işim də futbolla bağlıdır. Bundan sonra da futbolla məşğul olacağam.

- Gedəcəyiniz ölkə İspaniya deyil?

- Bu haqda açıqlama vermək istəmirəm. Bir müddətdən sonra hər şey aydınlaşacaq. O zaman ətraflı məlumat verə bilərəm.

- Sabiq klubunuz "Neftçi"də yeni təyinatlar oldu. Bunlarla bağlı nə deyə bilərsiniz?

- Klubda işləyən hər kəsə, eləcə də yeni təyin olunmuş insanlara uğurlar arzulayıram. İndi "Neftçi"nin vəziyyəti yaxşı deyil. Bu komandaya, sadəcə, dəstək lazımdır. Dəstək olandan sonra bütün məsələlər həllini tapacaq.

- Komanda qalib gələndə futbolçular, uduzanda isə baş məşqçi ön plana çıxır. "Neftçi"nin uğursuzluğunun səbəbini özünüzdə görürsünüz?

- Həmin oyunda mən olsaydım, bu nəticə qeydə alınmayacaqdı. Başqa məsələlər də var ki, bu barədə danışmaq istəmirəm. Ancaq əminliklə deyirəm ki, mən oyunda olsaydım, bu nəticə qeydə alınmayacaqdı.

- Başqa məsələ dedikdə, "torbatikmə" variantını nəzərdə tutursunuz?

- Bununla bağlı danışmaq istəmirəm.

- Bəs "Qəbələ" ilə oyundakı 0:8 hesablı məğlubiyyət haqda danışa bilərsiniz? Özünüz stadionda deyildiniz...

- Oyuna xəstəxanada baxırdım. Bir daha deyirəm, mən olsaydım, "Neftçi" 0:8 hesabı ilə uduzmazdı.

Son xəbərlər

Orphus sistemi