Yuxarı

​Vəli Qasımov: "Komandam "Şkendiya" qarşısına çıxmağa hazırdır"

Bizim problemimiz Bakcell Arenada qələbə qazanmamağımızdır

Bakı. 13 iyul. REPORT.AZ/ "Bizi çətin oyun gözləyir". 

"Report"un məlumatına görə, bunu "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" komandası ilə keçirəcəkləri oyunöncəsi mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, "Baltsan" zəif komanda olsa da, amma Bakıda "Neftçi"yə qalib gəldi: "Şkendiya"nı izləmişik və çox yaxşı rəqibdir. Rəqibin yaxşı oyunçuları var. Evdə udmaq üçün darıxmışıq. İndiki rəqibin müdafiədə demək olar problemləri yoxdur. Zəif komanda yoxdur. Rəqibin heyətində 6 əcnəbi və milli komandanın 5 oyunçusu var. İlk oyunda cütün taleyini həll etmək çox çətindir. Heç kim buna zəmanət vermir. Bizim problemimiz "Bakcell Arena"da qələbə qazanmamağımızdır. Məğlub olmaq heç kimin ürəyincə deyil. Malta klubu ilə oyuna təkrar baxmışıq. İlk hissədə elə də problemimiz olmayıb. Ancaq ikinci hissədə qoldan sonra ruhdan düşdük, inam itdi. Bundan sonra anlaşılmazlıq oldu. Ümumilikdə iki oyuna görə pis oynamadıq".

V.Qasımov deyib ki, "Şkendiya" qarşısına çıxaracağ start heyətini müəyyənləşdirib: "Ancaq bunu açıqlaya bilməyəcəyəm. Elə də böyük dəyişiklik olmayacaq. Çünki heyətimiz o qədər geniş deyil. Elşən Abdullayev zədəlidir. Rəqibin oyun üslubunu bilirik. Oyuna hazırıq. Bu gün komanda "Şkendiya" qarşısına çıxmağa hazırdır. Komandanın çıxıb yaxşı nəticə göstərəcəyinə inanıram".

Mütəxəssis komandanın transfer həyata keçirməməsindən də danışıb: "Bəzi oyunçuları nəzərdə tutmuşuq və danışıqlar gedir. Yubanmanın səbəbi danışıqlardadır. Həm futbolçu, həm də klublarla söhbət aparırıq. Bəzi oyunçular vardı, dəvət etdik. Ancaq başqa komandalar da istədi və getdilər. Yeni oyunçular nə qədər tez gəlsələr o qədər yaxşı olar. Elton Yaqublu hələ də bizimlə məşq edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi