Yuxarı
    Bağlamaq

    Vəli Qasımov: "Baltsan" ilə cavab qarşılaşmasında yaxşı nəticə göstərəcəyik"

    Baş məşqçi müqaviləsi başa çatan braziliyalı müdafiəçi Aylton Silva ilə danışıqların davam etdiyini bildirib

    Bakı. 5 iyul. REPORT.AZ/ "Komanda Maltadan gələndən məşq edir. Oyun vaxtını gözləyirik. İnanıram ki, yaxşı nəticə göstərəcəyik." 

    "Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Vəli Qasımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

    Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Maltanın "Baltsan" klubu ilə "Bakcell Arena"dakı cavab matçından əvvəl jurnalistlərin qarşısına çıxan baş məşqçi ilk oyunda qazandıqları 2:0 hesablı qələbəni arxayınlaşmaq üçün əsas görməyib: "Hələ Malta klubunu keçməmişik. Amma növbəti mərhələdəki rəqiblərə gəlincə, normal komandalardır. Makedoniya komandası güclüdür. Avroliqa çətindir. Nə qədər bacarsaq, qabağa gedəcəyik. Rəqib komandada yaxşı oynayan futbolçular var."

    V.Qasımov müqaviləsi başa çatan braziliyalı müdafiəçi Aylton Silva ilə danışıqların davam etdiyini bildirib: "Bu məsələ ilə bağlı konkret nəsə demək çətindir. Onun qayıdıb-qayıtmayacağını deyə bilmərəm. Bir hücumçumuz var. O da Ruslan Qurbanovdur. Hələ istədiyimiz hücumçunu tapa bilmirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi