Vəkil: "Püşkatma UEFA-nın "Qarabağ"la bağlı qərarının icrasına əngəl olmayacaq"

Vəkil: "Püşkatma UEFA-nın "Qarabağ"la bağlı qərarının icrasına əngəl olmayacaq" Qurur Qaye Günal: İclasın fevralın 19-dan öncəyə təyin edilməsi UEFA-nın məsələni ciddi dəyərləndirməyə başladığını göstərir"
Futbol
19 Dekabr , 2014 17:04
Vəkil: Püşkatma UEFA-nın Qarabağla bağlı qərarının icrasına əngəl olmayacaq
Bakı. 19 dekabr. REPORT.AZ/ "UEFA-nın "Qarabağ"ın müraciətinə məhz gələn il fevralın 5-də baxmağı qərara almasının səbəbini qurumun özündən soruşmaq lazımdır. Həmin günü növbəti iclası üçün İntizam və Nəzarət Komitəsi qərarlaşdırıb". Bunu "Report"a Azərbaycan klubunun vəkili Qurur Qaye Günal deyib.

Q.Günal bildirib ki, Ağdam komandasının İtaliya "İnter"i ilə Avropa Liqası matçındakı hakimliklə bağlı şikayətə 1/16 final mərhələsinin start götürəcəyi fevralın 19-dan öncə baxacaq. Vəkilin fikrincə, qitə futbol qurumunun müraciətə xeyli gec baxmağı qərara alması klubun şikayətinə önəm verilməməsindən irəli gəlmir: "Əksinə, iclasın fevralın 19-dan öncəyə təyin edilməsi UEFA-nın məsələni ciddi şəkildə dəyərləndirməyə başladığını göstərir. UEFA çox ciddi qurumdur. Gördüyü hüquqazidd hallara qarşı lazımi tədbirlər görür və tətbiq edir. Düzdür, artıq püşkatma mərasimi olub. Ancaq bu, İntizam və Nəzarət Komitəsinin qəbul edəcəyi qərarın icrasına əngəl olmayacaq".

Qeyd edək ki, "İnter" komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar "Qarabağ" UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq.

Son xəbərlər

Orphus sistemi