Yuxarı

Vaqif Cavadov Türkiyənin "Boluspor" klubu ilə müqavilə bağlayıb

Anlaşma müddəti yarım illikdir

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Türkiyənin "Boluspor" klubuna keçib. Bu barədə "Report"a 26 yaşlı hücumçunun atası Füzuli Cavadov məlumat verib. 

Onun sözlərinə görə, oğlu "Qaziantep BB" ilə yollarını qarşılıqlı razılıq əsasında ayırdıqdan sonra I Liqanın digər təmsilçisi ilə yarım illik müqavilə imzalayıb. Anlaşma tərəflərin istəyi ilə yayda daha bir il uzadıla bilər. 

Qeyd edək ki, "Boluspor" hazırda Türkiyə I Liqasında 16 turdan sonra 17 xalla 13-cü pillədə qərarlaşıb. Vaqif Cavadov "Qaziantep BB"də çıxış etdiyi vaxt qollarından birini məhz bu komandaya vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi