​Vaqif Cavadov "Qəbələ"ya transfer olunub

​Vaqif Cavadov "Qəbələ"ya transfer olunub Futbolçu ilə 6 aylıq icarə müqaviləsi imzalanıb
Futbol
31 Avqust , 2015 17:54
​Vaqif Cavadov Qəbələya transfer olunub

Bakı. 31 avqust. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun futbolçusu Vaqif Cavadov Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qəbələ"yə keçib. Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, futbolçu ilə 6 aylıq icarə müqaviləsi imzalanıb: "Transferimiz bununla yekunlaşmır. Günün sonunadək bir transfer də gözlənilir ki, bu futbolçu legioner olacaq".

Qeyd edək ki, Vaqif Cavadov karyerası ərzində "Qarabağ", "Bakı", "İnter", "Tvente" (Hollandiya), "Volqa" (Rusiya), "Qaziantep BB" və "Boluspor" (hər ikisi Türkiyə) komandalarının heyətində çıxış edib.

Son xəbərlər

Orphus sistemi