Yuxarı

Vaqif Cavadov: "Əsas odur ki, bütün dünya bizi eşitdi"

Qarabağın təmiz qolunun sayılmamasından, hətta ermənilər belə danışır

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin və Türkiyənin "Qaziantep BB" klubunun futbolçusu Vaqif Cavadov keçmiş komandası "Qarabağ"ın Topaz Premyer Liqası və Avropa Liqasının qrup mərhələsindəki çıxışlarını dəyərləndirib. 26 yaşlı hücumçu "Report"a açıqlamasında Ağdam təmsilçisinin avrokuboklardakı bütün oyunları, ölkə çempionatında isə məşqə uyğun olduqca, müəyyən qarşılaşmalarını izlədiyini söyləyib. 

O, "Qarabağ"ın Avroliqanın qrup mərhələsində İtaliya "İnter"i ilə Bakıdakı görüşündə qolunun sayılmamasına belə münasibət bildirib: "Keçmiş komandamın çıxışları barədə mənə qədər hər şey deyilib. Düşünürəm ki, bütün futbolçular yaxşı çıxış etdilər. Gözəl oyunla hər kəsi sevindirdilər. Milli komanda yaxşı çıxış etmədisə, "Qarabağ" bunun əvəzini çıxdı və bu, futbolsevərlər üçün hədiyyə oldu. "Qarabağ"ın "İnter"lə oyunda təmiz qolunun sayılmamasından bütün dünya, hətta ermənilər belə danışır. Əsas odur ki, bütün dünya bizi eşitdi, Azərbaycanın "Qarabağ" kimi bir komandasının olduğunu və haqqının yeyildiyini bildi". 

Təcrübəli hücumçunun fikrincə, artıq "Qarabağ" Avropa Liqası və ya Çempionlar Liqasında çıxış edəndə ona aşağı gözlə baxılmayacaq: "Hamısı biləcək ki, bu komandanın haqqı yeyilib və çox ciddi hazırlaşacaqlar. Məncə, keçən il şans "Qarabağ"ın tərəfində olmadısa, bundan sonra onlarla olacaq. Onlara uğurlar arzulayıram".

Qeyd edək ki, Vaqif Cavadov 2007-ci ildən 2009-cu ilin sonlarınadək və 2012-2013-cü illərdə "Qarabağ"ın formasını geyinib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi