Vaqif Cavadov: "Hər bir futbolçu dəyişikliklərin getdiyini bilməlidir"

Vaqif Cavadov: "Hər bir futbolçu dəyişikliklərin getdiyini bilməlidir" "Sumqayıt"ın futbolçusu Türkiyə toplanışını dəyərləndirib
Futbol
23 İyul , 2016 17:27
Vaqif Cavadov: Hər bir futbolçu dəyişikliklərin getdiyini bilməlidir

Bakı. 23 iyul. REPORT.AZ/ "Sumqayıt" klubunun futbolçusu Vaqif Cavadov Türkiyənin Bolu bölgəsində keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib. "Report"un məlumatına görə, 27 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesindən razılıq ifadə edib.

V.Cavadov komandaların sayının azalmasına baxmayaraq, "gənclik şəhəri" təmsilçisini çətin mövsümün gözlədiyini bildirib: "On gündür buradayıq. Hər şey yaxşı gedir. Gündə iki dəfə məşq edir, hazırlaşırıq. Bilirik ki, bizi çətin mövsüm gözləyir. Komandaların sayı azalsa da, mübarizə əzmi daha da yüksələcək. Hər bir klub kimi "Sumqayıt" da yaxşı pillələrdə olmaq istəyəcək".

Təcrübəli oyunçu "Sumqayıt"da gedən dəyişikliklərdən də danışıb: "Mövsüm öncəsi bildirmişdim ki, həm komanda yenidən formalaşır, həm də hər bir futbolçu dəyişikliklərin getdiyini bilməlidir. Baş məşqçi Samir Abasov yaxşı, yüksək səviyyəli kollektiv formalaşdırmaq istəyir. Hazırda bu istiqamətdə çalışırıq. İnanıram ki, mövsümün ilk oyununa yaxşı hazırlaşıb, yaxşı da nəticə verəcəyik. Burada bizə yaxşı şərait yaradılıb. Çempionata lazımi səviyyədə hazırlaşmalıyıq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8 komandalı yeni mövsümün püşkü iyulun 26-da atılacaq.

Son xəbərlər

Orphus sistemi