Vaqif Cavadov AZAL-la mövsümün sonunadək anlaşıb

Vaqif Cavadov AZAL-la mövsümün sonunadək anlaşıb Onunla rəsmi müqavilə sabah imzalanacaq
Futbol
9 Fevral , 2017 20:34
Vaqif Cavadov AZAL-la mövsümün sonunadək anlaşıb

Bakı. 9 fevral. REPORT.AZ Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov özünə yeni komanda tapıb.

"Report"un məlumatına görə, 28 yaşlı hücumçu Premyer Liqanın autsayderi AZAL-la mövsümün sonunadək anlaşıb. Onunla rəsmi müqavilə sabah imzalanacaq.

Qeyd edək ki, Vaqif Cavadov qış fasiləsində "Sumqayıt"dan ayrıldıqdan sonra klubsuz idi.

Son xəbərlər

Orphus sistemi