​Valeri Qazzayev Bakıya gələcək

​Valeri Qazzayev Bakıya gələcək Səfər gəzinti məqsədilə nəzərdə tutulub
Futbol
4 May , 2015 17:56
​Valeri Qazzayev Bakıya gələcək

Bakı. 4 may. REPORT.AZ/ Futbol üzrə Rusiya millisinin sabiq baş məşqçisi Valeri Qazzayev Bakıya gələcək. Bu barədə "Report"a Gürcüstanın paytaxtı Tbilisidə Aleksandr Civadzenin 60 illik yubileyindən qayıdan Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, V.Qazzayevin səfəri bu yaxınlarda baş tutacaq. O.Abdullayev bildirib ki, səfər gəzinti məqsədilə nəzərdə tutulub: "Qazzayev dedi ki, Azərbaycan, Bakı inkişaf edir və gündən-günə gözəlləşir. Gəlib şəhəri gəzmək istəyirəm".

Ermənistanın veteran futbolçusu Xoren Oqanesyanın da Tbilisidəki tədbirdə iştirak etdiyini deyən FVİ sədri ermənilərlə müqayisədə daha çox hörmət gördüklərini deyib: "Məclisdə ayrı oturmaq düz gəlməzdi. Bizə daha çox hörmət olundu, nəinki Xorenə. O, kənarda qalmışdı. Bizi çox yüksək səviyyədə qarşıladılar".

Sədr V.Qazzayevin Rusiya Futbol İttifaqının (RFS) prezidenti postuna namizədləyini verəcəyini də deyib: "Tanınmış mütəxəssisdir və bizimlə də yaxşı münasibəti var. İttifaqa prezidenti seçilsə, yaxşı olar".

Qeyd edək ki, hazırda RFS-in prezidenti Nikolay Tolstıxdır. Lakin İcraiyyə Komitəsinin üzvləri N.Tolstıxa etimadsızlıq göstəriblər. 

Son xəbərlər

Orphus sistemi