Yuxarı

"Valensiya" komandasının baş məşqçisi istefa verib

Nunu Espiritu Santu qərarını Sevilyaya məğlubiyyətdən sonra açıqlayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Nunu Espiritu Santu İspaniyanın "Valensiya" futbol komandasının baş məşqçi postundan istefa verib. "Report"un məlumatına görə, 41 yaşlı mütəxəssis qərarını səfərdə "Sevilya"ya 0:1 hesabı ilə uduzduqları XIII tur matçından sonra açıqlayıb. 

Santu birgə çalışdığı bütün futbolçulara, eləcə də klub rəhbərliyi və azarkeşlərə minnətdarlıq edib. Portuqaliyalı baş məşqçi bildirib ki, "Sevilya" ilə görüşədək oyunçular onun istefa qərarından xəbərsiz olublar. O, "Valensiya"da çalışmağı özünə şərəf saydığını da vurğulayıb. 

Qeyd edək ki, hazırda "Valensiya" La Liqada 13 oyundan 19 xalla 9-cu pillədə qərarlaşıb. Çempionlar Liqasında isə "yarasalar" 5 turdan sonra 6 xalla 3-cü pillədə qərarlaşıblar və 1/8 finala vəsiqə şanslarını qoruyublar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi