Vahid Ələkbərov: "Spartak"ın maliyyəsini artırmayacağıq"

Vahid Ələkbərov: "Spartak"ın maliyyəsini artırmayacağıq" "Klub özü qazanmalıdır"
Futbol
1 İyun , 2017 11:50
Vahid Ələkbərov: Spartakın maliyyəsini artırmayacağıq

Bakı. 1 iyun. REPORT.AZ/ "Lukoyl" "Spartak"ın maliyyəsini artırmayacaq. Baxmayaraq ki, bu klub Rusiya çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Vahid Ələkbərov Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında deyib. Azərbaycanlı milyarderin fikrincə, Çempionlar Liqasına vəsiqə qazanması "Spartak"a əlavə qazanc imkanı verir: "Klub özü qazanmalıdır. Amma vurğulamalıyam ki, "Spartak"ın maliyyəsini azaltmayacağıq və klubun baş sponsorları kimi qalırıq".

Qeyd edək ki, "Spartak" bu mövsüm 10-cu dəfə Rusiya çempionu olub. 

Son xəbərlər

Orphus sistemi