Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər

Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər İngiltərə klubu yamaykalı sprinteri baxışa dəvət edib
Futbol
16 Avqust , 2017 16:07
Useyn Bolt “Mançester Yunayted”in heyətində “Barselona”ya qarşı oynaya bilər

Bakı. 16 avqust. REPORT.AZ/ Yamaykalı sprinter Useyn Bolt İngiltərənin “Mançester Yunayted” komandasının heyətində veteran futboçularla birgə İspaniya “Barselona”sı ilə xeyriyyə matçında iştirak edə bilər.

“Report”un “The Sun”a istinadən verdiyi məlumata görə, 8 qat olimpiya çempionunun görüşdə iştirakı onun zədəsinin sağalmasından asılıdır. Bolt avqustun 13-də peşəkar karyerasını başa vurduğu Londondakı dünya çempionatında xəsarət alıb. 

Üstəlik, İngiltərə Çempionşip komandası olan "Berton Albion" karyerasını futbolda davam etdirmək istəyən 31 yaşlı idmançını baxışa dəvət edib.

Qeyd edək ki, iyunda “Mançester Yunayted” və “Barselona” veteranları arasında baş tutmuş matç ingilislərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi