Yuxarı

Uruqvaylı futbolçu narkotikdən istifadəyə görə 2 illik cəzalanıb

Uruqvaylı futbolçu narkotikdən istifadəyə görə 2 illik cəzalanıb

Braziliyanın “San Paulu” komandasının futbolçusu Qonsalo Karneyro narkotikdən istifadəyə görə 2 il müddətinə diskvalifikasiya olunub.

“Report” “Globo Esporte” portalına istinadən xəbər verir ki, bu barədə qərar Braziliyanın idman-antidopinq məhkəməsi tərəfindən qəbul olunub. Cəza müddəti 16 mart 2019-cu il tarixindən hesablanacaq.

24 yaşlı uruqvaylı hücumçunun vəkili Biçaru Netu cəzanın çox ağır olduğunu və qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi