Uroş Matiç: "Qarabağ"la matç bizim üçün son şansdır"

Uroş Matiç: "Qarabağ"la matç bizim üçün son şansdır" Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır. Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq.
Futbol
5 Noyabr , 2019 19:46
Uroş Matiç: Qarabağla matç bizim üçün son şansdır

"Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır. Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Klubun televiziyasına açıqlama verən 29 yaşlı serbiyalı yarımmüdafiəçi azarkeşlərinin dəstəklərinə ehtiyacları olduğunu sözlərinə əlavə edib: "Ümid edirəm ki, insanlar xəyallarımızı reallaşdırmaq üçün bizə dəstək olacaqlar. Yeni ildən sonra da Avropada futbol oynamaq istəyirik. Təbii ki, fanatlara ehtiyacımız var. Onları arxamızda hiss edəndə, tamam fərqli olur. APOEL-in yaxşı azarkeşləri var və komandamız güclüdür. Ümid edirəm ki, bunları "Qarabağ"la matçda da görəcəyəm".

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.   

Son xəbərlər

Orphus sistemi