Unay Emeri: "Çelsi" ilk qolu vurdu və bütün fürsətləri dəyərləndirdi"

Unay Emeri: "Çelsi" ilk qolu vurdu və bütün fürsətləri dəyərləndirdi" Çətin oyun olacağını bilirdik. Premyer Liqada da Çempionlar Liqasına düşməyə yaxın idik. Ancaq digər komandalardan geri qaldıq.
Futbol
30 May , 2019 02:11
Unay Emeri: Çelsi ilk qolu vurdu və bütün fürsətləri dəyərləndirdi

"Çətin oyun olacağını bilirdik. Premyer Liqada da Çempionlar Liqasına düşməyə yaxın idik. Ancaq digər komandalardan geri qaldıq".

"Report"un məlumatına görə, bunu "Arsenal"ın baş məşqçisi Unay Emeri Bakıda keçirilən UEFA Avropa Liqasının finalında "Çelsi"yə 1:4 hesablı məğlubiyyətdən sonra söyləyib.

İspaniyalı mütəxəssis deyib ki, rəqib daha yaxşı oynayıb: "İlk hissədə pis təsir bağışlamdıq. Amma fasilədən sonra rəqib imkanlarından istifadə etdilər. İlk qol önəmli idi. Bunu bacardılar və hər fürsəti dəyərləndirdilər. İkinci qoldan sonra çətin oldu".

- Finalda uduzmaq normal haldır, amma 1:4 hesabı ilə məğlub olmaq komandada problemlərə işarədir...

- Rəqibin yaxşı oyunçuları var. Bu il hədəfə çata bilmədik. Önümüzdə yeni çağırış var. Bu gün məyusuq, amma daha güclüyük, inkişaf etməyə hazırıq.

- Çempionlar Liqasına vəsiqə qazana bilməmək sizin gələcək strategiyanıza təsir edəcək?

- "Arsenal" böyük addır, bir çox futbolçu burada oynamaq istəyir. Yeni oyunçuların cəlb edilməsi üçün iş aparılır. Bu mövsüm hədədimizə çatmadıq. Amma növbəti mövsümdə öz fəlsəfəmizə sadiq qalaraq daha da irəliləmək istəyirik. Bunu bacara biləcəyimizə inanırıq.

- Yayda klubda köklü dəyişiklər olacaq?

- Hazırda bu haqda danışmaq tezdir. Hələ rəhbərliklə müzakirə aparmalıyıq. Gənc oyunçularla işləməliyik. Klubu kimlərin tərk edəcəyi haqda düzgün vaxt deyil. Digər oyunçular da gələcək və işimizə dəstək olacaq?

- "Arsenal"da nə dəyişməlidir?

- Heyətdə yaxşı təcrübəli və eyni zamanda gənc oyunçular var. Bu mövsümdə də hədəfə çox yaxın idik. Yanaşmamıza sadiq olacağıq.

Son xəbərlər

Orphus sistemi