Yuxarı
    Bağlamaq

    Uli Höness yenidən “Bavariya” klubunun prezidenti seçilib

    64 yaşlı futbol funksioneri səslərin 98.5 faizini toplayıb

    Bakı. 26 noyabr. REPORT.AZ/ Almaniyanın ən titullu “Bavariya” futbol klubunun yeni prezidentinin adı müəyyənləşib.

    "Report" xəbər verir ki, bir müddət əvvəl məhkumluqdan bəraət alan Uli Höness yenidən klubun rəhbəri seçilib.

    64 yaşlı futbol funksioneri səslərin 98.5 faizini toplayıb. U.Höness 2019-cu ilədək bu vəzifəni icra edəcək.

    Hələ 1970-ci ildə Münhen təmsilçisinin heyətində futbolçu kimi forma geyinən U.Höness karyerası ərzində klubu ilə bütün titullara yiyələnib. Gənc yaşında ikən “Bavariya”da baş menecer işləyən Höness 30 illik fəaliyyəti dövründə münhenlilərlə bir çox nailiyyət qazanıb.

    O, bunadək 2009-2014-cü illərdə də “Bavariya”nın prezidenti olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi