Yuxarı

"Dinamo"nun futbolçusu: "Neftçi" ilə oyunda öz mövqeyimdə oynamadım"

Ukraynanın "Dinamo" klubunun yeni transferi İbrahim Karqbo Antalyada

Ukraynanın "Dinamo" klubunun yeni transferi İbrahim Karqbo Antalyada "Neftçi" ilə keçirdikləri yoxlama oyunu haqqında fikirlərini bildirib.

"Report"un məlumatına görə, klubun rəsmi saytına danışan 20 yaşlı belçikalı futbolçu "Neftçi" ilə görüşdə özünü rahat hiss etdiyi mövqedə oynamamasından gileylənib:

"Neftçi" ilə oyunda yarımmüdafiənin sağında, daha öncə "Legiya" ilə görüşdə isə sol cinahda oynadım. Ancaq mənim əsas mövqeyim hücumun mərkəzidir. Həmin mövqedə özümü daha rahat hiss edirəm. Bununla belə, çox çalışıram və komandaya fayda vermək istəyirəm. Ona görə də hücumda istənilən mövqedə oynamağa hazıram".

Qeyd edək ki, "Dinamo" - "Neftçi" yoxlama matçı 2:1 hesabı ilə Kiyev təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi