Yuxarı

​Ukraynalı qapıçı: “Azərbaycan klubları ilə danışıqlar aparıram”

Sergey Litovçenko yaxın gələcəyə dair planlarından danışıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ukraynanın “Volın” klubunun sabiq qapıçısı Sergey Litovçenko yaxın gələcəyə dair planlarından danışıb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Ukrayna Premyer Liqasında oynamaq istəyirəm, lakin bu gün Azərbaycandan olan klublarla da danışıqlar aparıram. Həmçinin, Avropada iş tapmaq variantları var”, – deyə Litovçenko bildirib.

Ötən gün futbolçu qarşılıqlı razılaşma əsasında “Volın” ilə müqaviləsini pozub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi