Ukraynalı futbolçu Rusiya klubuna keçmək üçün "Şaxtyor"u tərk edib

Ukraynalı futbolçu Rusiya klubuna keçmək üçün "Şaxtyor"u tərk edib Bakı. 25 yanvar. REPORT.AZ/ Ukrayna milli komandasının futbolçusu Yaroslav Rakitski Donetskin Şaxtyor klubunu tərk edib.
Futbol
25 Yanvar , 2019 10:03
Ukraynalı futbolçu Rusiya klubuna keçmək üçün Şaxtyoru tərk edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Ukrayna milli komandasının futbolçusu Yaroslav Rakitski Donetskin "Şaxtyor" klubunu tərk edib.

"Report"un "Footboom"a istinadən verdiyi məlumata görə, 30 yaşlı müdafiəçi bu addımı Rusiya "Zenit"inə keçmək üçün atıb. Sankt-Peterburq təmsilçisinin Rakitskinin transferindən ötrü 10 milyon avro ödəməyə hazır olduğu, Ukrayna tərəfinin isə 14 milyon avro tələb etdiyi bildirilir. Artıq "Şaxtyor" bu mövqeyə "Aleksandriya"dan Valeri Bondarenkonu transfer edib. 24 yaşlı oyunçu ilə 5 illik müqavilə bağlanılıb.

Rakitski "Şaxtyor"un yetirməsidir. O, Donetsk komandasında 2009-cu ildən çıxış edir və 6 dəfə Ukrayna çempionu və eyni sayda ölkə kubokunun sahibi olub. "Zenit" müqavilə qarşılığında ukraynalı müdafiəçiyə 5 milyon avro birdəfəlik mükafat da vəd edib.

Qeyd edək ki, "Şaxtyor" hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışındadır. Donetsk komandası yanvarın 26-da "Qarabağ"la yoxlama oyunu keçirəcək. 

Son xəbərlər

Orphus sistemi