Yuxarı

Ukraynalı futbolçu Rusiya klubuna keçməkdən imtina edib

Yevgeniy Selin karyerasını Dinamoda davam etdirmək istəyir

Bakı. 27 avqust. REPORT.AZ/ Ukrayna "Dinamo"sunun futbolçusu Yevgeniy Selin Rusiyanın "Krılya Sovetov" klubuna keçməkdən imtina edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Kiyev təmsilçisinin heyətində davam etdirmək istəyir.

Rusiya klubu isə futbolçunu icarə əsasında komandaya cəlb etmək niyyətində olub. Amma Y.Selin bununla razılaşmayıb.

Qeyd edək ki, hazırda Y.Selin "Dinamo"nun heyətində mütəmadi olaraq əsas heyətdə yer tapmaqda çətinlik çəkir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi