Yuxarı

​Ukraynalı futbolçu: "Azərbaycandan təklif almışam"

26 yaşlı forvard Odessa klubunu tərk edir

Bakı. 17 İyun. REPORT.AZ/ Ukraynanın Odessa şəhərini təmsil edən "Çernomorets" klubunun hücumçusu Denis Vasin komandanı tərk edir.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, o Azərbaycandan təklif alıb.

"Mən "Çernomorets"dən gedirəm. Təklif təkcə Ukraynadan deyil, Qazaxıstan, Azərbaycan, Belarus və Çindən də var. Lakin ölkəmizdə qalmaq istərdim. Ümid edirəm ki, burada hər şey qaydasına düşəcək", — deyə Vasin bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi