​Ukrayna millisinin kapitanı: "Azərbaycanın qrupdan çıxmaq üçün çox yaxşı şansları var"

​Ukrayna millisinin kapitanı: "Azərbaycanın qrupdan çıxmaq üçün çox yaxşı şansları var" "Bizim məqsədimiz qrupdan çıxmaq və gücümüz çatacaq qədər irəliləməkdir"
Futbol
29 Aprel , 2016 07:05
​Ukrayna millisinin kapitanı: Azərbaycanın qrupdan çıxmaq üçün çox yaxşı şansları var

Bakı. 29 aprel. REPORT.AZ/ "17 yaşlılardan ibarət futbol üzrə Azərbaycan milli komandasının Bakıda keçiriləcək Avropa çempionatında qrupdan çıxmaq üçün çox yaxşı şansları var".

Bu sözləri "Report"a gecə saatlarında Bakıya gələn Ukraynanın U-17 yığma komandasının kapitanı Valeri Bondar deyib.

"Azərbaycan çox gözəl və güclü komandadır. Xüsusən də onlar evdə, doğma divarlar və azarkeşlər arasında oynayacaqlar. Düşünürəm ki, onların qrupdan çıxmaq üçün çox yaxşı şansları var", - deyə o bildirib.

Futbolçu, həmçinin öz komandasının qarşısına qoyulan məqsədlərdən danışıb. Kapitan bildirib ki, "bizim məqsədimiz qrupdan çıxmaq və gücümüz çatacaq qədər irəliləməkdir".

"İlk oyun Almaniya ilə olacaq. Favorit olsalar da, biz onlardan çəkinmirik, rəqibə hörmətlə yanaşırıq", - deyə Valeri  Bondar əlavə edib. 

Son xəbərlər

Orphus sistemi