Ukrayna yığmasının baş məşqçisi: "Bakıda gördüklərim bizdə yoxdur" - MÜSAHİBƏ

Ukrayna yığmasının baş məşqçisi: "Bakıda gördüklərim bizdə yoxdur" - MÜSAHİBƏ "Azərbaycan mənim çox xoşuma gəlir"
Futbol
4 May , 2016 12:46
Ukrayna yığmasının baş məşqçisi: Bakıda gördüklərim bizdə yoxdur - MÜSAHİBƏ

Bakı. 4 may. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakovun "Report"a müsahibəsi:

- Bir neçə gündür Bakıdanısınız. Şəhəri gəzmək imkanınız olub?

- Hələ ki, yox. Bu gün uşaqlar gəzintiyə çıxıb. Bir dəfə martda gəlmişəm və şəhər haqda təəssüratlarım var.

- O zaman Bakı haqda fikirləriniz maraqlı olardı...

- Həqiqətən çox pozitiv ruhlu şəhərdir. Azərbaycan mənim çox xoşuma gəlir. Üstəlik sizin şəhərdə kifayət qədər idman obyektləri var. Deyə bilərəm ki, burada gördüklərim Ukraynada yoxdur.

- İlk oyunda Almaniya ilə qarşılaşacaqsınız və rəqibə sizdən daha çox maraq göstərilir. Bu sizi psixoloji baxımdan narahat etmir?

- Xeyr heç bir narahatçılığı yoxdur. Əksinə, xoşdur.

- O zaman sürpriz gözləmək olar?

- Bizə qarşı diqqət belə azdırsa, o zaman sürpriz edəcəyik.

- Turnir haqda ümumi fikirləriniz necədir?

- Burada kimisə qeyd etmək düzgün olmaz. Bu mərhələdə olan komandaların hamısı güclüdür. Üstəlik hamısı 17 yaşlı futbolçulardır və hər şey gözləmək olar.

- Yer aldığınız qrupda hansı komandanı favorit sayırsınız?

- Bosniya və Herseqovina...

- Adını çəkdiyiniz komanda ilk dəfədir ki, bu mərhələdə çıxış edir. Cavabınız nə dərəcədə səmimi oldu?

- Bu mənim şəxsi fikrimdir. Çox yaxşı komandadır. Onlara qarşı oynamışıq və bu səbəbdən deyirəm ki, yaxşı komandadır.

- Əksər komandalar favorit olaraq Portuqaliyanın adını çəkir...

- Biz U-20 ilə dünya çempionatında olanda Portuqaliyanın hazırkı məşqçisi də orada idi və onu yaxşı tanıyıram. Onun komandası həmişə güclü olur.

- Martda gələndə komandanın hazırlıqlı olmamasından şikayətlənirdiniz. İndi necə?

- Bizdə çempionat gec başlayır. Bu səbəbdən hazırlıqda problem olurdu. Ancaq indi oyunlar oldu və Türkiyədə təlim-məşq toplanışı keçdik. Hazırda heç bir problem yoxdur.

Son xəbərlər

Orphus sistemi