Ukrayna XİN başçısı vətəndaşları Rusiyada keçiriləcək dünya çempionatına getməməyə çağırıb

Ukrayna XİN başçısı vətəndaşları Rusiyada keçiriləcək dünya çempionatına getməməyə çağırıb Bakı. 15 may. REPORT.AZ/ Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkə vətəndaşlarını Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməməyə çağırıb.
Futbol
15 May , 2018 11:46
Ukrayna XİN başçısı vətəndaşları Rusiyada keçiriləcək dünya çempionatına getməməyə çağırıb
Александр Щербак/ТАСС
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkə vətəndaşlarını Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməməyə çağırıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, XİN başçısı "Twitter" səhifəsində Rusiyada təxribatların mütləq olacağını, heç kimin təhlükəsizliyinin təmin olunmayacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın Dövlət Sərhəd Xidməti təhlükəsizlik səbəbləri ilə əlaqədar vətəndaşları Rusiyaya getməməyə çağırıb.

Bundan başqa, Ukrayna Futbol Federasiyası çempionatın final mərhələsini işıqlandırmaq üçün yerli jurnalistləri akkreditasiyadan keçirməkdən, eləcə də iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək DÇ-2018 üçün bilet kvotasından imtina edib. 

Son xəbərlər

Orphus sistemi