Ukrayna "Şaxtyor"u "Qəbələ"nin keçmiş futbolçusunu transfer edib

Ukrayna "Şaxtyor"u "Qəbələ"nin keçmiş futbolçusunu transfer edib 31 yaşlı hücumçu ilə sözləşmənin müddəti və maliyyə tərəfi açıqlanmır
Futbol
2 Fevral , 2018 13:21
Ukrayna Şaxtyoru Qəbələnin keçmiş futbolçusunu transfer edib

Bakı. 2 fevral. REPORT.AZ/ Ukraynanın "Şaxtyor" klubu "Qəbələ" komandasının sabiq futbolçusu Ruslan Fominlə müqavilə bağlayıb. 

"Report" xəbər verir ki, Donetsk təmsilçisinin rəsmi saytı 31 yaşlı hücumçu ilə sözləşmənin müddəti və maliyyə tərəfini açıqlamayıb. Fomin karyerasının əvvəlində - 2005 - 2014-cü illərdə də bu kluba məxsus olub. O, həmin vaxt 30 oyuna 5 qol vurub. 

Təcrübəli forvard yenidən "Şaxtyor"a qayıtmasına çox sevindiyini bildirib: "Mən bütün gücümü qoyaraq, "Şaxtyor"a əbəs yerə gəlmədiyimi sübuta yetirməliyəm. Komandanın yeni nailiyyətlər qazanması üçün əlimdən gələni etməyə çalışacağam". 

Qeyd edək ki, Ruslan Fomin "Qəbələ"də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. Lakin o, 16 oyunda bir qol belə vura bilməyib. sonuncu klubu isə Ukrayna "Mariupol"u olub. "Şaxtyor" Ukrayna Premyer Liqasında 19 turdan sonra 42 xalla 1-ci pillədə qərarlaşıb. Donetsk komandası Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanıb. Rəqib isə "Qarabağ"la eyni qrupda çıxış etmiş İtaliya "Roma"sıdır. 

Son xəbərlər

Orphus sistemi