Ukrayna Premyer Liqasının "Şaxtyor" - "Dinamo" matçında kütləvi dava baş verib - VİDEO

Ukrayna Premyer Liqasının "Şaxtyor" - "Dinamo" matçında kütləvi dava baş verib - VİDEO Mirça Luçesku da qovulub
Futbol
2 May , 2016 14:15
Ukrayna Premyer Liqasının Şaxtyor - Dinamo matçında kütləvi dava baş verib - VİDEO

Bakı. 2 may. REPORT.AZ/ Futbol üzrə Ukrayna Premyer Liqasında XXIV turun "Şaxtyor" - "Dinamo" matçının sonlarında kütləvi dava baş verib. "Report"un məlumatına görə, meydan sahiblərinin 3-cü qolundan sonra oyunçular əlbəyaxa döyüşə çıxıb. 

Hadisə yerinə hər iki komandanın ehtiyat futbolçuları və məşqçiləri də özlərini çatdırıb. Nəticədə baş hakim Taras Stepanenko və Andrey Yarmolenkoya, ehtiyat oyunçu Aleksandr Kuçerə qırmızı vərəqə göstərib, "Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunu texniki zonadan qovub. 

Qeyd edək ki, görüş "Dinamo"nun 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Bununla belə, hesab heç bir önəm kəsb etməyib. Kiyev komandası artıq çempionluğu, "Şaxtyor" isə gümüş medalı təmin edib. 

Son xəbərlər

Orphus sistemi