Ukrayna polisi "Şaxtyor" - "Dinamo" matçı ilə bağlı cinayət işi açıb

Ukrayna polisi "Şaxtyor" - "Dinamo" matçı ilə bağlı cinayət işi açıb Ukrayna polisi Premyer Liqanın XIV turunda keçirilmiş Şaxtyor - Dinamo matçındakı qalmaqaldan sonra cinayət işi qaldırıb.
Futbol
12 Noyabr , 2019 15:54
Ukrayna polisi Şaxtyor - Dinamo matçı ilə bağlı cinayət işi açıb

Ukrayna polisi Premyer Liqanın XIV turunda keçirilmiş "Şaxtyor" - "Dinamo" matçındakı qalmaqaldan sonra cinayət işi qaldırıb.

"Report"un məlumatına görə, iş "Vətəndaşların bərabər hüquqlarının pozulması" maddəsi ilə açılıb.

Görüşün 74-cü dəqiqəsində "Şaxtyor"un futbolçusu Tayson azarkeşlərin şüarlarından sonra onlara orta barmağını göstərib və topu kənara vurub.

Nəticədə oyun dayandırılıb və 31 yaşlı braziliyalı yarımmüdafiəçi göz yaşları ilə meydanı tərk edib. Görüş yenidən başlayandan sonra baş hakim Taysona qırmızı vərəqə göstərib.

Qeyd edək ki, Xarkovdakı "Metallist" stadionunda keçirilmiş qarşılaşma Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra Donetsk təmsilçisi irqçilik, irqi ayrıseçkilik və ksenofobiyanı pisləyən bəyanat yayıb. 

Son xəbərlər

Orphus sistemi