Ukraynanın ən yaxşı baş məşqçisi "Qəbələ"nin Avropa Liqasındakı çıxışını dəyərləndirib

Ukraynanın ən yaxşı baş məşqçisi "Qəbələ"nin Avropa Liqasındakı çıxışını dəyərləndirib "Bu uğur həm oyunçular, həm də məşqçilər korpusu üçün təcrübədir"
Futbol
16 Dekabr , 2016 11:56
Ukraynanın ən yaxşı baş məşqçisi Qəbələnin Avropa Liqasındakı çıxışını dəyərləndirib

Bakı. 16 dekabr. REPORT.AZ/ "Roman Qriqorçukla dostluq münasibətimiz var. Hər zaman onunla mehribancasına görüşürük. Gözəl mütəxəssisdir, ondan öyrənəcəyim şeylər var". "Report"un məlumatına görə, bunu Ukraynanın "Zarya" klubunun baş məşqçisi və "Qəbələ"də çıxış edən Vitali Vernidubun atası Yuri Vernidub yerli "Futbol" nəşrinə müsahibəsində deyib.

50 yaşlı mütəxəssis "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib: "Çalışıram ki, bu mövzuda oğlumla danışmayım. Çünki onun baş məşqçisi yüksək səviyyəli mütəxəssisdir. O, olanları analiz edir. "Qəbələ"nin ardıcıl ikinci il qrup mərhələsində çıxışını qeyd etmək lazımdır. Üstəlik, komanda ilkin təsnifat mərhələsindən mübarizəyə başlayır. Bu, böyük uğurdur! Onlar "Lill", "Panatinaikos" kimi komandaları yarışdan kənarlaşdırıblar. "Qəbələ" düzgün yoldadır. Mən sadəcə, onların adına sevinirəm. Bu uğur həm oyunçular, həm də məşqçilər korpusu üçün təcrübədir".

Ukraynanın ən yaxşı baş məşqçisi seçilən 50 yaşlı mütəxəssis oğlunun gələcəkdə "Zarya"da çıxış etmə variantına da münasibətini bildirib: "Bu barədə nəsə demək mənim üçün çətindir. O, peşəkar futbolçudur və klubu ilə müqaviləsi var. İstəsə, özü deyəcək. Ən yaxşısı, bunu Vitalidən soruşmaq lazımdır".

Qeyd edək ki, "Zarya" da bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etməsinə baxmayaraq, 1/16 finala yüksələ bilməyib. 

Son xəbərlər

Orphus sistemi