Ukrayna klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak etdikləri üçün cəzalandırılıb

Ukrayna klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak etdikləri üçün cəzalandırılıb Bu barədə Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar verib
Futbol
28 Aprel , 2017 17:47
Ukrayna klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak etdikləri üçün cəzalandırılıb

Bakı. 28 aprel. REPORT.AZ/ Ukraynanın "Metallist" klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak səbəbindən diskvalifikasiya edilib. "Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar verib.

Dmitri Skarjinski və Aleksandr Medvedev 3 illik diskvalifikasiya və ömürlük şərti, Yebgeni Malik 2 illik diskvalifikasiya və ömürlük şərti, Nikita Bezklubyuk, Daniil Klyuçka, Maksim Averyanov və Denis Tkaçenko 1 illik diskvalifikasiya və 2 illik şərti, Remzi Ramazanov, Daniil Solomaxa, Boqdan Boyçuk və Nazar Malinovski 1 illik diskvalifikasiya və 1 illik şərti, Denis Dyakov və Sergey Sizıy yarım illik diskvalifikasiya və 1 illik şərti, Ruslan Kovtok isə 1 illik diskvalifikasiya cəzası alıb.  

Son xəbərlər

Orphus sistemi