Bakı. 17 iyun. REPORT.AZ/ Ukraynanın "Karpatı" futbol komandası yenidən baş məşqçisiz qalıb. "Report"un "Futbol24"ə istinadən verdiyi məlumata görə, Valeri Yaremçenko komandaya rəhbərlik etməyə razı olmayaraq, Lvovdan ayrılıb.
Komandada baş məşqçi səlahiyyətlərini Anatoli Çantsev yerinə yetirəcək.
Qeyd edək ki, Valeri Yaremçenko "Karpatı"ya 11 gün öncə baş məşqçi təyin olunmuşdu. O, Anatoli Çantsev, Vladimir Bezubyak və Vladimir Vasyutini özünə köməkçi götürmüşdü.