Yuxarı
    Bağlamaq

    Ukraynanın "Dnepr" klubu fəaliyyətini dayandıra bilər

    Klubun sahibi komandaya sponsorluq etməkdən imtina edib

    Bakı. 29 iyun. REPORT.AZ/ Ukraynanın "Dnepr" futbol klubu fəaliyyətini dayandıra bilər.

    "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Dnepropetrovsk təmsilçisinin sahibi, iş adamı İqor Kolomoyski klubun hansısa borcunu ödəməkdən imtina edib və klubu dağıtmaq qərarına gəlib.

    "Hazırda "Dnepr" klubundan olan təşəbbüskar şəxslər komandanın heç olmasa ikinci liqada mövcudluğunu qoruması üçün investor axtarır.

    Qeyd edək ki, son illərdə "Dnepr" Ukraynanın aparıcı klublarından biri olub. Dnepropetrovsklular, hətta 2015-ci ildə Avropa Liqasının finalına vəsiqə qazanaraq həlledici görüşdə İspaniya təmsilçisi "Sevilya"ya 2:3 hesabı ilə məğlub olub. Yeri gəlmişkən, həmin mövsümdə "Dnepr" Avroliqanın qrup mərhələsində "Qarabağ"la qarşılaşıb. Ağdam klubu səfərdə rəqibini 1:0 hesabıyla məğlub etsə də, Bakıda uduzub - 1:2.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi