Ukrayna klubu azərbaycanlı qapıçı üçün rəsmi təklif göndərib

Ukrayna klubu azərbaycanlı qapıçı üçün rəsmi təklif göndərib Ukraynanın Rux klubu Kəpəzin U-17 komandasının qapıçısı Cavid Qurbanovla maraqlanır.
Futbol
9 Yanvar , 2020 17:23
Ukrayna klubu azərbaycanlı qapıçı üçün rəsmi təklif göndərib

Ukraynanın "Rux" klubu "Kəpəz"in U-17 komandasının qapıçısı Cavid Qurbanovla maraqlanır.

"Report"un məlumatına görə, Lvov təmsilçisi 17 yaşlı oyunçunun keçidi ilə bağlı Gəncə klubuna rəsmi təklif göndərib. 

"Kəpəz" razılıq verəcəyi təqdirdə futbolçu yanvarın 15-də klubun düşərgəsinə yollanacaq və məşqlərdə iştirak edəcək.

"Rux" yaxın vaxtlarda Qurbanovun mümkün transferi ilə bağlı Gəncə təmsilçisi ilə danışıqlara başlamağa hazır olduğunu bildirib. 

Futbolçunun atası İntizar Qurbanov "Report"a açıqlamasında Cavidin Ukraynaya getməkdə maraqlı olduğunu söyləyib.

Qeyd edək ki, "Rux" Ukraynanın I Divizionunda 39 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi