Yuxarı

Ukrayna klubu Donbasdakı vəziyyətlə əlaqədar ölkə çempionatında iştirakını dayandırıb

Stalın xahişi qəbul olunub

Bakı. 4 fevral. REPORT.AZ/ Donbasdakı ağır situasiya ilə əlaqədar Alçevskin "Stal" klubu futbol üzrə Ukrayna I Liqasında iştirakını dayandırıb. "Report"un Ukrayna Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, klub bununla bağlı yazılı müraciət edib. 

Müraciətdə bildirilib ki, antiterror əməliyyatının keçirildiyi zonada vəziyyətin gərginləşməsi üzündən "Stal"ın yarışlarda hər hansı formada iştirakı mümkünsüzdür. Müzakirlərdən sonra Liqa Şurası klubun xahişini qəbul edib. Amma Ukraynanın şərqindəki vəziyyət normallaşacağı və attestasiya prosedurunu uğurla keçəcəyi təqdirdə, klub 2015-2016-cı il mövsümündə I Liqa iştirakçıları sırasına daxil ediləcək. Yaxın vaxtlarda bu qərar Ukrayna Futbol Federasiyası İcraiyyə Komitəsi ilə razılaşdırılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi