Bakı. 25 aprel. REPORT.AZ/ Kiyev "Dinamo"su vaxtından əvvəl futbol üzrə Ukrayna çempionu olub. "Report"un məlumatına görə, baş məşqçi Sergey Rebrovun komandası bu nailiyyəti Premyer Liqanın XXIII turunda "Qoverla"nı 1:0 hesablı qələbədən sonra əldə edib.
Mövsümün sonuna 3 tur qalmış "Dinamo"nun hesabında 64 xal var. Paytaxt təmsilçisi ikinci pillədəki "Şaxtyor"u 7 xal qabaqlayır. Amma kiyevlilərin artıq çempionatdan kənarlaşdırılmış Zaporojye "Metallurq"u ilə də oyunu qalıb. Bu səbəbdən, "ağ-göylər" hesabına daha 3 xal yazdıracaq və bu da Donetsk komandasını çempionluqdan riyazi cəhətdən məhrum edəcək.
Qeyd edək ki, bu, "Dinamo" üçün Ukraynanın müstəqil çempionatları tarixində 15-ci, SSRİ çempionatları da nəzərə alınmaqla 28-ci çempionluq olub.