Bakı.1 sentyabr. REPORT.AZ/ Çeşir qraflığının polisi "Everton"un forvardı Ueyn Runini həbs edib.
"Report"un "The Telegraph"a istinadən verdiyi xəbərə görə, insident avqustun 31-də futbolçunun evinin yaxınlığında baş verib.
Hücumçunun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.
Polis Runinin avtomobilini şam yeməyindən qayıdarkən saxlayıb. O, bu ərazidə 12 ildir yaşayır. Runinin dəyəri 6 mln funt sterlinq (6,5 mln avro) olan evi "Everton"un bazası yaxınlığında yerləşir.