Uelsli futbolçu Bakıdakı final üçün ailəvi istirahətini yarımçıq qoyacaq

Uelsli futbolçu Bakıdakı final üçün ailəvi istirahətini yarımçıq qoyacaq UEFA Avropa Liqasında İngiltərənin “Çelsi” komandası ilə Bakıda keçirəcəyi final matçını izləməyə “Arsenal” klubunun zədəli futbolçusu Aaron Remzi də gələcək.
Futbol
20 May , 2019 13:54
Uelsli futbolçu Bakıdakı final üçün ailəvi istirahətini yarımçıq qoyacaq

UEFA Avropa Liqasında İngiltərənin “Çelsi” komandası ilə Bakıda keçirəcəyi final matçını izləməyə “Arsenal” klubunun zədəli futbolçusu Aaron Remzi də gələcək.

“Report” “The Sun”a istinadən xəbər verir ki, hazırda Portuqaliyada olan 27 yaşlı yarımmüdafiəçi ailəvi istirahətini yarımçıq qoyaraq səfərə çıxacaq. O, Azərbaycana çatmaq üçün 13 saat uçmalı olacaq.

Remzi Portuqaliyadan Londona qayıdacaq, oradan isə komanda ilə birgə Bakıya gələcək. Növbəti mövsüm İtaliya “Yuventus”unun formasını geyinəcək uelsli oyunçu buradan Turinə gedəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 23:00-da başlayacaq. AVRO-2020-nin seçmə mərhələsində eyni qrupda yer alan Uels və Azərbaycan yığmaları arasında ilk görüş sentyabrın 6-da Kardiff şəhərində, təkrar qarşılaşma isə noyabrın 16-da Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi