Uelsli futbolçu: “Azərbaycan millisinin nəyi yaxşı bacardığını bilirik”

Uelsli futbolçu: “Azərbaycan millisinin nəyi yaxşı bacardığını bilirik” “Azərbaycan millisi Kardiffdəki matçda bizim üçün düşündüyümüzdən möhkəm komanda olduğunu göstərdi. Buna görə də onlara mütləq hörmətlə yanaşacağıq”.
Futbol
14 Noyabr , 2019 09:44
Uelsli futbolçu: “Azərbaycan millisinin nəyi yaxşı bacardığını bilirik”

“Azərbaycan millisi Kardiffdəki matçda bizim üçün düşündüyümüzdən möhkəm komanda olduğunu göstərdi. Buna görə də onlara mütləq hörmətlə yanaşacağıq”.

“Report”un məlumatına görə, bunu “Sky Sports”a Uels yığmasının futbolçusu Harri Uilson AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda keçirəcəkləri oyun haqda danışarkən deyib.

Müqavilə ilə İngiltərənin “Liverpul” klubuna məxsus olan, lakin icarə əsasında Premyer Liqada çıxış edən digər komandanın – “Bornmut”un formasını geyinən 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini sentyabrın 6-da evdə 2:1 hesabı ilə üstələdikləri matça da toxunub: “Həmin görüşdə müdafiəni yaxşı qurmuşdular. Artıq onların nəyi yaxşı bacardıqlarını və qapılarına necə yol tapa biləcəyimizi bilirik. Son 2 qarşılaşmadakı çıxışımızı göz önünə alaraq, bizə qarşı ehtiyatlı oynayacaqlar”.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.

Son xəbərlər

Orphus sistemi